“Ölkəmizdə həqiqi hərbi xidmətə çağrış sistemi sağlamlaşdırılıb, ciddi islahatlar aparılıb”
“Ölkəmizdə həqiqi hərbi xidmətə çağrış sistemi sağlamlaşdırılıb, ciddi islahatlar aparılıb”.
Redaktor.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Hüquqşünas qeyd edib ki, Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu sahədəki əməkdaşlığı öz faydasını verməkdədir:
“Cənab Prezidentin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyində həyata keçirdiyi dəyişiklikdən sonra bu qurumda ciddi islahatlara şahid olmaqdayıq. Məlum dəyişiklikdən sonra Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birlikdə bu qurumda keçmişdən qalan neqativ hallara qarşı mübarizə məqsədilə ciddi addımlar atıb. Xüsusilə də hərbi çağırışdan boyun qaçırmaqla bağlı aşkar edilən korrupsiya sövdələşmələrinin ifşa edilməsi, korrupsiya sövdələşmənin nəticələrinin aradan qaldırılması, çağırış sisteminin sağlamlaşdırılması, neqativ meyillərin qarşısınn alınması cəmiyyətdə də məmnunluq doğuran yeniliklərdəndir.
Görülən bütün bu işlər, həyata keçirilən bütün bu tədbirlər sübut edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bugünkü rəhbərliyi dövlət başçısının ona olan etimadına layiq olmaq, xalqın bu quruma olan inam və sevgisini qazanmaq üçün əzmlə çalışmaqdadır.
Mən bu məsələdə ortaya qoyduqları iradəyə və prinsipiallığa görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinə, eləcə də Baş Prokurorluğa öz təşəkkürümü bildirir, uğurlar arzulayıram”.