Bəzi yollarda duman olacaq

 23:58 17.05.2024     381

Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, mayın 18-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.