Bu rayonun bəzi ərazilərində qaz KƏSİLƏCƏK

 21:24 20.05.2024     282

Mayın 21-dən 23-nə qədər Şəmkir şəhərində və bir neçə kəndlərində qaz olmayacaq.

Redaktor.az xəbər verir ki, bəzi texniki səbəblərdən 21-may, saat 9:00-dan mayın 23-nə dək Şəmkir AQPS-dən qidalanan Şəmkir şəhəri, Dəllər qəsəbəsi, Dəllər Cəyir, Dəllər Daşbulaq və Dəllər Cırdaxan kəndlərində qaz təchizatında fasilə yaranacaq.