Nazir Əhməd Vahidliyə başsağlığı verdi

 09:00 21.05.2024     282

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın daxili işlər naziri Əhməd Vahidliyə başsağlığı verib.

Redaktor.az xəbər verir ki, nazir faciəvi helikopter qəzası nəticəsində İran Prezidenti İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması ilə bağlı iranlı nazirə başsağlığı məktubu göndərib.

O, Ə. Vahidiyə belə ağır məqamda kədərlərini bölüşdüyünü bildirib, dərin hüznlə başsağlığını çatdırıb.