Torpaq almaq üçün də ipoteka krediti verilir? - VİDEO

 22:05 22.05.2024     270

Bakıda torpağın qiyməti bahalaşmaqda davam edir. Qiymətlər hər kəs üçün əlçatan olmadığından torpağı ipoteka ilə almaq istəyənlər də kifayət qədərdir. Bəs bu hal qanunvericiliklə necə tənzimlənir?

Redaktor.az Xezerxeber.az-a istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, torpağın ipoteka ilə alınması dünya təcrübəsində geniş yayılıb. Ölkəmizdə isə topraq ipotekası hazırda yalnız kommersiya bankları tərəfindən verilir.

Azərbaycan Banklar Assosiasiyasının hüquq ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev bildirib ki, kommersiya banklarına torpaq krediti üçün müraciət edənlər var.

Onun sözlərinə görə, dövlət banklarında torpaqların ipoteka ilə alınması isə nəzərdə tutulmayıb, amma istisnalar var.

Şərtlərə gəlincə, mütəxəssis qeyd edib ki, ipoteka ilə bağlı bütün prosedurlar eynidir. Sadəcə burada mənzilin əvəzinə torpaq qiymətləndirilir.

Daha ətraflı videomaterialda: