Bəzi yollarda duman olacaq

 23:03 22.05.2024     185

Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, mayın 23-də dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.