Psixotrop maddələrin siyahısına dəyişiklik edilir
Milli Məclis Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısına dəyişikliyi təsdiqləyib.
Redaktor.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısından dekstrometorfan və buprenorfin çıxarılıb və dövriyyəsinə nəzarət edilən psixotrop maddələr sırasına daxil edilib.
Humay İSGƏNDƏRLİ