Əməkdar artistin səhhətində problem yarandı - FOTO
Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimovun səhhətində problem yaranıb.
Redaktor.az xəbər verir ki, bu haqda onun qızı Nisə Rzayeva axşam.az-a məlumat verib.
O bildirib ki, atası onkoloji xəstəlikdən əziyyət çəkir.
Onurğasında problem yaranan R.İbrahimov bir müddətdir müalicə alır.
Qeyd edək ki, Rafiq İbrahimov Bakı Bələdiyyə Teatrının repertuarında olan əksər tamaşalarda əsas rollarda çıxış edib.