Misir-Azərbaycan Dostluq Cəmiyyəti İlham Əliyevi təbrik etdi

 18:46 27.05.2024     200

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycan Respublikasına və onun xalqına Allah-Taaladan daha böyük tərəqqi və rifah diləyirik.

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səy göstərir.

Qoy Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın!

Xahiş edirik, ən xoş arzularımızı və yüksək ehtiramımızı qəbul edin.

Dərin hörmətlə,

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri:

Əli Cümə,

Misir Ərəb Respublikası parlamentinin Dini işlər və vəqflər komitəsinin sədri, professor;

Usamə əl-Əbd,

Misir parlamentinin Dini işlər və vəqflər komitəsi sədrinin müavini, professor;

Əl-Seyyid Mahmud əl-Şərif,

Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir parlamenti sədrinin sabiq birinci müavini;

Yusif əl-Şərqavi,

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri;

Adil Dərviş,

Misir Helvan Universitetinin professoru, Misir Mədəniyyət Mərkəzinin Azərbaycan Respublikasındakı keçmiş direktoru;

Bağdadi İmam,

Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin baş direktoru;

Tövhid Məhəmməd,

müşavir, vəkil, Misir əl-Xeyir Fondunun Hüquqi İşlər üzrə direktoru;

Midhət Camal,

general, Misir əl-Xeyir Fondunda "İbn əs-Səbil" layihəsinin rəhbəri;

Sabir Həsən,

Ali Mədəniyyət Şurasının üzvü;

Mona Zidan,

Helvan Universitetinin professoru

Əhməd Əbdu Tarabek,

Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist;

Mustafa Hicazi,

"Orange" şirkətinin baş direktoru;

Seymur Nəsirov,

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və Misirdəki Azərbaycan diasporunun sədri".