İsrail səfirliyi Azərbaycanı təbrik etdi

 12:13 28.05.2024     210

İsrail səfirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Azərbaycan xalqının Müstəqillik Günü mübarək! Qoy xalqlarımız arasında dostluq ildən-ilə daha da möhkəmlənsin. İsrail xalqı bu günü sizinlə birlikdə qeyd edir", - paylaşımda vurğulanıb.