Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda hərəkət məhdudlaşdırılacaq

 16:51 29.05.2024     423

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 30 may saat 00:00-dan 07:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Redaktor.az-a AAYDA-dan məlumat verilib.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Vumart və Güvən reklamı Vumart Güvən