Daha 15 ailə Şuşaya qayıtdı

 13:51 30.05.2024     371

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qayıdışı davam edir. Mayın 30-da növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Redaktor.az xəbər verir ki, Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 15 ailə olmaqla, 57 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Şuşa şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.