Sahil Babayev Gədəbəydə qəbul keçirdi - FOTO

 14:50 31.05.2024     285

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gədəbəy rayonunda Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edib.

Bu barədə Redaktor.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, qəbuldan əvvəl S.Babayev və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşların məşğulluq, əlillik, ünvanlı sosial yardım, mənzil təminatı və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Bir sıra vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb olunmaları üçün qeydiyyata alınıblar.

 

Sahil Babayev Gədəbəydə vətəndaşları qəbul edibSahil Babayev Gədəbəydə vətəndaşları qəbul edibSahil Babayev Gədəbəydə vətəndaşları qəbul edibSahil Babayev Gədəbəydə vətəndaşları qəbul edib