Naxçıvanda daha bir təyinat
Malik Qadir oğlu Rzayev Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov ötən gün Sərəncam imzalayıb.
Müvafiq sərəncamla Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini Malik Rzayevə həvalə olunub.