Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki HAVA

 11:33 02.06.2024     333

İyunun 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 11:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Qusarda 50 mm, Zaqatalada (Əlibəy) 25 mm, Gədəbəydə 22 mm, Beyləqanda 16 mm, Qrızda 14 mm, Daşkəsəndə 13 mm, Qubada 10 mm, Ağdamda 9 mm, Ağdam, Qaxda 8 mm, İmişli, Xınalıq, Şahdağ, Şəki, Göygöl, Şamaxı, Qəbələ, Naftalan, Sabirabad, İsmayıllı, Qobustan, Oğuz, Balakən, Xaltan, Göyçay, Gəncə, Tərtər, Mingəçevir, Altıağac, Ağsu, Kürdəmir, Yevlax, Naftalan, Şəmkir, Naxçıvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 24-28 m/s, Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Neftçalada 20 m/s, Culfa, Mingəçevir, İsmayıllıda 18 m/s, Göygöldə 17 m/s, Gəncədə isə 16 m/s-dək güclənib.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyunun 2-si axşamadək davam edəcək.