Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı genişləndirilir

 23:31 04.06.2024     262

Azərbaycanda dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı genişləndirilir.

Redaktor.az xəbər verir ki, bu, “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı fəaliyyət növləri dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına əlavə ediləcək və həmin fəaliyyət növlərinə görə tutulacaq dövlət rüsumunun dərəcələri müvafiq qanunla müəyyən olunacaq. Buraya aiddir:

Döyüş təyinatlı hərbi texnika və hərbi silahın, döyüş sursatının:

- layihələndirilməsi;

- istehsalı və sınaqdan keçirilməsi,

- montajı, təmiri və texniki xidmət göstərilməsi;

- saxlanılması;

- utilizasiyası.

Qeyd edilib ki, paylarının (səhmlərinin) 100 faizi dövlətə məxsus olan hüquqi şəxslərə (siyahı üzrə) lisenziya alınması tələbi şamil edilməyəcək.