Həcc ziyarətində olan azərbaycanlı zəvvarların durumu AÇIQLANDI

 18:51 07.06.2024     310

Hazırda Həcc ziyarətində olan azərbaycanlı zəvvarların sağlıq durumları qaydasındadır.

Redaktor.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı zəvvarların səhhətində heç bir problem yoxdur, ziyarət proqrama uyğun olaraq davam edir.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 1500 nəfərlik kvota ayrılıb. Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 3-ü səhər saatlarında təyyarə ilə Bakıdan Ciddə şəhərinə yola salınıblar.

Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir.

Xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.