Əhaliyə sel təhlükəsi ilə bağlı xəbərdarlıq EDİLDİ

 13:58 10.06.2024     513

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraiti iyunun 13-nə qədər davam edəcək”.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.

A.Verdiyev gözlənilən sel və daşqın təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib:

“Balakən, Şəki, Quba, Qusar, Qazax, Gəncə, Daşkəsən, Gədəbəy, Qarabağ və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınlarla əlaqədar çayların sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmağı, təhlükəsiz yerdə durmaları tövsiyə edilir”.