Bu tarixdə geomaqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

 18:48 10.06.2024     244

İyunun 11-də geomaqnit qasırğası gözlənilir.

Bu barədə Redaktor.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, geomaqnit sahəsi 8 iyunda baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə bu gün G2 (orta), 11 iyunda isə G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.