Sabah bu rayonda elektrik enerjisi kəsiləcək

 22:51 11.06.2024     331

Göyçayda elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Göyçay elektrik şəbəkəsinin baş mühəndisi Mövsüm Ağayev bildirib.

Belə ki, 12 iyun səhər saat 10:00-dan 15:00-dək rayonunun Bığır kəndi ərazisində yerləşən yarımstansiyada aparılan təmir-bərpa işləri ilə əlaqədar rayonun səkkiz yaşayış məntəqəsi üzrə (Ləkçılpaq, Mırtı, Alıkənd, Şəkər, Qaraxıdır, Veysəlli, Yalman və Qaraman kəndləri) 2 600 abonentin elektrik enerjisi ilə təchizatının verilişində fasilə olacaq.

Qeyd edək ki, rayonda qəzalı vəziyyətdə olan yarımstansiyaların təmiri işləri növbəli şəkildə və rayonun bir neçə ərazisində keçirilməsi nəzərdə tutulur. (report)