Bu rayona güclü dolu düşdü - meyvə ağacları...

 01:48 14.06.2024     563

Qax rayonunun ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Redaktor.az xəbər verir ki, rayonun Qaxbaş kəndinə və şəhər ərazisinə yağış yağıb. Daha sonra isə doluya çevrilib.

Yarım saata kimi davam edən dolu nəticəsində bostan-tərəvəz, həmçinin meyvə ağaclarına və fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

Hazırda Qax rayonunda güclü küləklə müşahidə olunan leysan yağışı yağır (report).