Dövlət Su Ehtiyatları Agentliyi bayramda gücləndirilmiş rejimdə işləyəcək

 16:49 14.06.2024     287

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, o cümlədən İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Redaktor.az agentliyə istinadən xəbər verir ki, qeyri-iş günlərində mərkəzi idarə aparatında və yerli sukanal idarələrində 24 saatlıq növbətçilik təmin olunacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək.

Abonentlər içməli və tullantı su şəbəkələrində yaranan problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət edə bilər.