Baş nazir qərar imzaladı

 18:39 14.06.2024     310

“Dövlət tərəfindən yaradılan açıq və qapalı tipli xüsusi təlimtərbiyə müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Bu Nümunəvi Nizamnamə hər bir müəssisə üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur. Müəssisə ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu Nümunəvi Nizamnamədə qeyd olunan yetkinlik yaşına çatmayanların ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə təhsilini, həmçinin onların davranışının korreksiyasını və cəmiyyətə uyğunlaşmasını, o cümlədən onların tibbi-pedaqoji reabilitasiyası, habelə psixoloji reabilitasiyasını və psixoloji korreksiyasını həyata keçirən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən müəssisəni Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, Elm və Təhsil Nazirliyi və ya dövlət adından yaradılan publik hüquqi şəxs yaradır.