"İqlim dəyişikliklərinə bəzi siyasətçilərin eqoları səbəb olur" - Keçmiş prezident

 18:18 19.06.2024     379

Sülhü əldə etmək üçün xərclənən pul dünyanın gələcəyi uğrunda uğurlu mübarizədə ilkin şərtdir. Bu cür tədbirlər və müzakirələr daha yaxşı gələcək üçün ilkin şərti asanlaşdırır.

Redaktor.az xəbər verir ki, bu sözləri Xorvatiyanın keçmiş prezidenti İvo Yosipoviç Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Balanslaşdırma, azaltma, uyğunlaşma və dayanıqlıq” mövzusunda keçirilən panel müzakirələri zamanı söyləyib.

O bildirib ki, daha yaxşı gələcək üçün siyasətçilər də səylə çalışırlar: “İqlim dəyişikliyi ilə mübarizədə təbii ki, atılan addımların heç də hamısı uğurlu olmur. Bu prosesə mənfi təsir edən emosional maneələr var ki, buna bəzi siyasətçilərin eqolarının səbəb olduğunu deyə bilərəm”.