Putin Rusiyanın Azərbaycandakı səfirini təltif etdi

 21:39 22.06.2024     449

Rusiya Prezidenti Vladimir Putin ölkənin Azərbaycandakı səfir Mixail Evdokimovu Aleksandr Nevski ordeni ilə təltif edib.

Redaktor.az xəbər verir ki, dövlət başçısı müvafiq fərman imzalayıb.

Sənəddə qeyd olunur ki, Evdokimov Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsinə verdiyi böyük töhfə və uzun illər vicdanlı diplomatik xidmətinə görə təltif edilib.

Evdokimov 2023-cü il iyunun 14-də Azərbaycana səfir təyin edilib. Bundan əvvəl o, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci şöbəsinə rəhbərlik edib. II dərəcəli “Vətənə xidmətə görə” medalı, “Dostluq” və “Şərəf” ordenləri ilə təltif edilib. O, 2018-ci ilin iyunundan fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.