Sabahdan Aİ 95 ucuzlaşır

 19:51 30.06.2024     342

Aİ 95 markalı benzinin qiymətində kəskin ucuzlaşma olacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.

Bildirilir ki, ucuzlaşma sabahdan olacaq.

Hazırda Aİ 95 markalı benzinin bir litrinin qiyməti 2 manat təşkil edir.

Qeyd edək ki, Aİ 95 markalı benzin xaricdən idxal olunur, qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.

Azərbaycanda Aİ 95 markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci il iyulun 13-də 1,6 manatdan 2 manata qalxıb.