Baş Prokurorluqdan yeniyetmənin ana olması ilə bağlı AÇIQLAMA
Masallı Rayon Mərkəzi Xəstəxanasında ölü dölün doğulması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Redaktor.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirildi.
Məlumata görə, iyulun 16-da Masallı rayon sakini 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın 40 həftəlik dölün baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.
Sevinc İBRAHİMZADƏ