"Meqa Sığorta"nın sponsorluğu ilə tədbir keçirildi - FOTO

 11:47 22.07.2024     298

"Meqa Sığorta" ASC və "Meqa Həyat Sığorta" ASC-nin sponsorluğu ilə 12 iyul 2024-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib.

Yüksək səviyyədə təşkil olunmuş təltif mərasimində dövlət qurumları, bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, müxtəlif sektorları təmsil edən biznes assosiasiyalar və mikromaliyyə sektorunda xidmət göstərən yerli və beynəlxalq təşkilatların rəhbər heyəti olmaqla 100-ə yaxın nümayəndə iştirak edib.

Tədbirin əsas məqsədi maliyyə qurumları və partnyor təşkilatlar arasında əlaqələri möhkəmləndirmək, sektorda qabaqcıl təşkilatların təcrübələrini bölüşmək, eyni zamanda, uğurlu və səmərəli fəaliyyəti ilə seçilən qabaqcıl üzv təşkilatları mükafatlandırmaqla inkişaf edən müsbət təcrübələri təşviq etmək idi.

Tədbir çərçivəsində iştirakçılar arasında dünyagörüşünə dair viktorina keçirilib və qaliblərə AMFA-nın növbəti tədbiri olan “İşə qayıdış” piknikinə xüsusi dəvətnamələr və kitab-hədiyyə kuponları təqdim olunub.

Meqa Sığorta Qrupu olaraq hər zaman mikromaliyyə sektoruna dəstək göstərməyə davam edirik.

2