Daha bir ölkə COP29-a dəvət edildi

 12:52 25.07.2024     384

Azərbaycan Serbiyanı COP29-a dəvət edib.

Redaktor.az xəbər verir ki, iki ölkənin ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sözügedən dəvətlə qarşı tərəfə müraciət edib.

“Fürsətdən istifadə edərək, Serbiyanı bu ilin noyabrında paytaxt Bakıda keçiriləcək COP29-a dəvət edirik”, - deyə o bildirib.