Şimali Kiprin XİN başçısı azərbaycanlı şəhid övladlarını qəbul etdi - FOTO

 17:54 25.07.2024     318

Şimali Kiprin xarici işlər naziri Tahsin Ertuğruloğlu bu gün azərbaycanlı şəhid övladlarını qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

O, görüş zamanı bildirib ki, Türk dünyası böyük bir ailədir.

"Bu ailə üzvləri uzun illər bir-birindən ayrı qalmalı oldu. Amma indi addım-addım yenidən birləşirik", - nazir vurğulayıb.

222