Külək güclənib, yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

 19:14 27.07.2024     401

İyulun 27-si saat 17:00-a olan məlumata əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.

Bu barədə Redaktor.az-a ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Daşkəsən, Altıağac, Qusar, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Şəkidə şimşək çaxır, arabir yağış yağır.

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir Bakıda və Abşeron yarımadasında 18-24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,7 metrdir.