Külək güclənib, bölgələrə leysan yağır - FAKTİKİ HAVA

 23:57 27.07.2024     646

İyulun 27-si saat 22:00-a olan məlumata əsasən, bölgələrdə yağıntılı hava şəraiti davam edir.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Qəbələ, Naftalan, Bərdə, Daşkəsən, Gədəbəy, Yardımlı, Tərtər, Yevlax, Goranboy, Naftalan, Zaqatala, Şəki, Gəncə, Göyçay, Oğuz, Göygöl, Sarıbaş(Qax), Xınalıq, Şahdağ, Mingəçevir, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Sarıbaşda (Qax), Qrızda duman müşahidə olunub.

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-dək güclənib.