Ədil Arifoğlu sabah bu rayonda dəfn olunacaq

 20:21 28.07.2024     672

Hərbi jurnalist Ədil Arifoğlu sabah İmişli rayonunda dəfn olunacaq.

Redaktor.az xəbər verir ki, o bu gün 56 yaşında vəfat edib.

Qeyd edək ki, Ədil Arifoğlu 1968-ci il İmişli rayonunda doğulub. Tədqiqatçı jurnalist AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.