Əziz Əlibəyli gədəbəylilərə təşəkkür etdi

 11:56 29.07.2024     360

104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, tanınmış siyasi şərhçi Əziz Əlibəyli (Əliyev) imza seçiminə görə gədəbəylilərə təşəkkür edib. 

Redaktor.az-ın məlumatına görə, o, bu barədə müraciətində bildirib.

"İmzalarına görə Gədəbəyin hər bir seçicisinə təşəkkür etmək bizim üçün böyük bir şərəfdir. İmzatoplama kampaniyamızın uğurla tamamlanması, sizin göstərdiyiniz inam və dəstəyin bir göstəricisidir", - deyə Ə.Əlibəyli qeyd edib.