Sabah çimərliklərdə hava belə olacaq

 15:37 29.07.2024     353

İyulun 30-da Abşeron çimərliklərində cənub-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dəniz suyunun temperaturu isə şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26° isti hava şəraiti qeydə alınacaq.