Daşınmaz əmlakla bağlı portal istifadəyə veriləcək

 16:04 29.07.2024     426

Daşınmaz əmlakla bağlı vahid elektron portal gələn ilin əvvəlində istifadəyə veriləcək.

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

"Portalın layihəsi artıq razılaşdırılmaq üçün hökumətə və aidiyyəti dövlət qurumlarına təqdim edilib. Onlardan müsbət rəy aldıqdan sonra portal istifadəyə veriləcək", - o deyib.