Sinoptiklərdən daha bir XƏBƏRDARLIQ: leysan, şimşək, dolu, sel

 16:23 29.07.2024     545

Azərbaycanın rayonlarında iyulun 30-31-də, avqustun 01-də əsasən dağlıq və dağətəyi rayonlarda gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda suluğun artacağı ehtimalı var.