Canına qəsd edən hərbçimiz bu RAYONDANDIR

 23:06 29.07.2024     459

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Qəhrəmanov Ərşad Maarif oğlu intihar edib. O, Kəlbəcərdə odlu silahdan istifadə etməklə özünü öldürüb.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki, intihar edən hərbi qulluqçu Ağcabədi rayonundandır.

Ərşad Qəhrəmanov 2003-cü ildə rayonun Minaxorlu kəndində anadan olub.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.