Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq EDİLDİ
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Bu barədə Redaktor.az-a mərkəzdən məlumat verilib.
Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi sabaha kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 3.0-5.0 m.çatacağı proqnozlaşdırılır.