MSK-ya edilən müraciətlərin 6-sı təmin edilib
Parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 14 müraciət daxil olub.
Redaktor.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, müraciətlərdən altısı təmin edilib: "Şikayət və müraciətlərə baxılmasında şəffaflığın təmin olunması üçün bütün məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilir. İstənilən şəxs MSK-nın internet səhifəsinə daxil olaraq müraciətlərlə bağlı ətraflı məlumat əldə edə bilər".
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.