“BakıKart” tətbiqində problem YARANDI

 15:19 09.08.2024     379

Bir neçə gündür “BakıKart” tətbiqində müəyyən problemlər yaşanır. İstifadəçilər qeyd edir ki, proqrama daxil olmaqda çətinlik yaşanır, "QR" kod gec oxunur və kart ödəniş etmək mümkün olmur.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, BakıKart tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşır.

"Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır.

Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq BakıKart kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik", - deyə əlavə edilib.