Ədliyyə Nazirliyi Hüseyn Abdullayevin vəziyyətini AÇIQLADI

 17:09 09.08.2024     232

Hüseyn Abdullayev avqustun 2-də ürək nahiyəsində olan narahatlıqla bağlı Bakı İstintaq Təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.

Bu barədə Redaktor.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib.

"Məlumat üçün bildiririk ki, H.Abdullayevin səhhəti həkim nəzarətindədir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, keçmiş deputat Hüseyn Abdullayevin infarkt keçirdiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.