Arzu Nağıyevin seçiciləri ilə görüşləri davam edir - FOTO

 15:06 12.08.2024     637

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunun Əyyublu kəndində seçicilərlə görüş keçirildi.

Redaktor.az xəbər verir ki, ilk olaraq torpaqlarımızın qorunması və işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin məzarları və abidə komleksi ziyarət olunaraq, əziz xatirələri böyük ehtiramla yad edildi, məzarları üzərinə tər çiçəklər qoyuldu. Daha sonra seçicilərlə görüş keçirilərək namizədin platforması açıqlandı, seçicilərin fikir və təklifləri dinlənilərək müvafiq qeydlər aparıldı.

Həmçinin Tovuz rayonunun Əyyublu kəndində 44 günlük vətən müharibəsi şəhidi Mirzəyev Ceyhun Zirəddin oğlunun doğum günü ilə əlaqədar ailəsinə baş çəkilərək əzizləri və yaxınlarına başsağlığı diləklərimiz çatdırıldı.

Allahdan bütün şəhidlərimizə rəhmət, ailə üzvləri və yaxınlarına səbr diləyirik…