Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

 16:19 13.08.2024     336

Abşeron çimərliklərində avqustun 14-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.