Bakının bu ərazilərində suyun verilmə rejimində dəyişiklik EDİLƏCƏK
Dünən gecə saatlarından başlayaraq, Oğuz - Qəbələ xəttində aparılan təmir-bərpa işləri ilə əlaqədar Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilmə rejimində dəyişiklik ediləcək.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, bununla bağlı suyun verilməsimdə fasilələr yaranıb.
Hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri aparılır. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması isttiqamətində işlər aparılır.
Oğuz - Qəbələ xəttində təmir-bərpa işləri tezliklə yekunlaşan kimi suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.