Tural Gəncəliyev seçicilərlə görüşdü - FOTO
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürən Tural Gəncəliyev seçicilərlə növbəti görüşünü keçirdi.
Xocalı soyqırımı abidəsinin önündə baş tutan görüşdə Tural Gəncəliyev görüşün belə bir məkanda keçirilməsinin simvolik məna daşıdığını bildirdi.
T. Gəncəliyev seçiciləri seçkilərdə fəal olmağa çağırdı. Seçicilər qarşısında özünün seçki platformasını açıqladıqdan sonra görüşdə iştirak edən seçicilərin suallarını cavablandırdı. Sonda T. Gəncəliyev seçicilərlə fərdi qaydada söhbət edərək onların qayğıları ilə maraqlandı.