Günay Əfəndiyeva Türkan qəsəbəsində seçicilərlə görüşdü - FOTO
14 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd Günay Əfəndiyeva Xəzər rayonunun Türkan qəsəbəsinin sakinləri ilə Ağaxan Abdullayev adına Mədəniyyət Mərkəzində görüş geçirib.
Redaktor.az xəbər verir ki, o bu barədə özünün feysbuk hesabında paylaşım edib.
"Başda Mədəniyyət Mərkəzinin rəhbəri İradə Məlikova, kəndin ağsaqqalı hörmətli Balamirzə müəllim olmaqla qızmar hava şəraitinə baxmayaraq, görüşdə ürəklə, ruh yüksəkliyi ilə iştirak edən bütün Türkan camaatına dərin təşəkkürümü bildirirəm.
Eyni zamanda seçki kampaniyamda mənə dəstək olmaq üçün yanımda olan əziz dostlarıma bir daha səmimi minnətdarlığımı çatdırmaq istəyirəm.
Azərbaycanın əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Azərbaycanın əməkdar artisti Firdovsi Atakişiyev, Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarova və aktyoru Rəşad Kəsəmənli, modelyer-dizayner Gülnarə Xəlilova, “Zəfər” muğam qrupunun musiqiçiləri: Nisbət Sədrayeva, Rüstəm Müslümov və Elnur Salahov, yazıçı-dramaturq Ülviyyə Heydərova – dəstəyiniz üçün var olun!
Çox şadam ki, hamımız bir arada qarşılıqlı könül körpüləri qurduq. Bu körpülər bizim gücümüzdür, çünki, doğmalığa, səmimiyyətə, sədaqətə söykənir", - deyə Günay Əfəndiyeva bildirib.