Yağıntılı hava şəraiti davam edir, külək güclənib

 13:55 15.08.2024     323

Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 13:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə xidmətdən verilən məlumatda deyilir.

Bildirilib ki, hazırda Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Mərəzə, Altıağac, Quba, Xaltan, Şabran, Şahdağ, Yevlax, Göyçay, Zərdab, Tərtər, Kürdəmir, Yardımlı, Lerk, Lənkəranda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Sarı xəbardarlığa uyğun olaraq şimal-qərb küləyi Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.