Baş prokuror bu rayonda qəbul keçirəcək

 16:41 15.08.2024     286

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev avqustun 20-si saat 10:00-da Xətai Rayon Prokurorluğunun inzibati binasında vətəndaş qəbulu keçirəcək. Qəbul zamanı rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı vətəndaşların konkret müraciət və ya şikayətlərinə baxılacaq.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlar qəbulla bağlı Xətai Rayon Prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı Şəhər Prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.