Formula 1-ə görə bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

 23:59 15.08.2024     347

Paytaxt Bakıda keçiriləcək 2024-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.

Redaktor.az xəbər verir ki, avqustun 15-i saat 22:00-dan etibarən avqustun 18-i səhər saat 06:00-a qədər, Sahil bağından Axundov kitabxanasına tərəf olan yerüstü piyada keçidinin quraşdırılması ilə əlaqədar Xaqani küçəsinin Xaqani-Bülbül kəsişməsi və Xaqani-Rəşid Behbudov prospektinə qədər olan hissədə qeyd edilən saatlarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Məhdudiyyət qoyulan vaxtlarla bağlı dəqiq məlumatı təqdim edirik:

15 avqust saat 22:00-dan 16 avqust saat 06:00-dək

16 avqust saat 22:00-dan 17 avqust saat 06:00-dək

17 avqust saat 22:00-dan 18 avqust saat 06:00-dək

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.